Bakıda daha bir dəhşətli qəza: “KamAZ”la “Renault” toqquşdu - Ölən var

12 İyul 2019 17:09

Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyulun 11-də saat 14 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bərdə rayon sakini P.Musayevin idarə etdiyi "KamAZ" və Gəncə şəhər sakini Nəbi Məmmədovun idarə etdiyi "Renault" markalı avtomobillər toqquşub. Nəticədə N.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az