Son 6 ayda dəmir yolundan 1,5 milyon sərnişin istifadə edib

12 İyul 2019 17:14

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin son altı ayı ərzində dəmir yolundan istifadə edən sərnişinlərin sayını açıqlayıb.

Milli.Az bildirir ki, QSC-dən Trend-ə özəl olaraq verilən məlumata görə, 2019-cu ilin 6 ayı ərzində dəmir yolu ilə 1 milyon 579 min sərnişin daşınıb. Onlardan 473 mini yerli istiqamətlərdə, 90 mini xarici, 1 milyon 16 mini isə şəhərətrafı elektrik qatarları ilə daşınıb.

2018-ci ilin 6 ayı ilə müqayisədə sərnişindaşımada yerli istiqamətdə 11,5 faiz, beynəlxalq istiqamətlərdə 9,2 faiz, şəhərətrafı elektrik qatarları ilə 29,8 faiz artım müşahidə olunub.

Milli.Az