Tramp fövqəladə vəziyyət elan etdi - Qasırğaya görə

12 İyul 2019 18:39

ABŞ Prezidenti Donald Tramp yaxınlaşmaqda olan "Barri" tropik qasırğası ilə əlaqədar Luiziana ştatında fövqəladə vəziyyət elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, D.Tramp Luiziana ştatına federal səviyyədə yardım olunması barədə göstəriş verib.

"Barri" qasırğasının Meksika körfəzi üzərində formalaşdığı deyilir. Hidrometeoroloqların proqnozlarına əsasən, qasırğa gecə saatlarında Luiziana sahillərinə çatacaq.

Milli.Az