Qeybətin kəffarəsi nədir?

13 İyul 2019 22:50

Həzrət Peyğəmbər (s) buyurur: "Qeybətin kəffarəsi budur ki, qeybət etdiyin şəxs üçün bağışlanma istəyəsən".

Yenə də Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, qeybətin kəffarəsi nədir? Həzrət (s) buyurur: "Qeybət etdiyin kəsi nə zaman yada salsan, Allahdan bağışlanma istəyəsən".

Möminin abrını qorumağın mükafatı.

Milli.Az islam.az-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim möminin abrını qoruyar, şübhəsiz ki, behişt ona vacib olar".

Qulağına hakim ol! Qeybətə, yalan, böhtana, digər iyrəncliklərə qulaq asma.

İmam Əli (ə) buyurur: "Qulağını yaxşılıqları eşitməyə adət etdir. Sənin düzgünlüyünü artırmayan şeylərə qulaq asma. Çünki bu iş qəlbləri paslandırar və məzəmmətə səbəb olar".

Milli.Az