“Sadəcə Mariya” serialının ulduzu Viktoriya Ruffo - FOTO

12 İyul 2019 17:18

Məşhur meksikalı aktrisa Viktoriya Ruffo sosial şəbəkədən aktiv istifadə edir.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, tamaşaçılar onu 1980-ci illərin sonunda çəkilən "Sadəcə Mariya" serialı ilə tanıyırlar. Postsovet ölkələrində Viktoriyanı hələ də sevirlər.

Bu yaxınlarda Viktoriya sosial şəbəkədə yeni fotosunu paylaşıb.

Fotodan onun dizini zədələdiyi məlum olub. İzləyiciləri isə onun son 30 il ərzində çox az dəyişildiyini, hələ də gözəl və şux olduğunu yazırlar.

Qeyd edək ki, "Sadəcə Mariya" serialında Viktoriya qrimdən istifadə edib. Çünki o, özündən yaşlı qadın obrazını canlandırmışdı.

Milli.Az