Bakıda avtomobil ağaca çırpıldı: sürücü öldü

12 İyul 2019 16:51

Bakının Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Bakı şəhər sakini Paşa Qəribzadə idarə etdiyi "Honda" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Milli.Az