Azərbaycanlı qadın Türkiyədə yaralandı

12 İyul 2019 16:10

Türkiyənin cənubundakı Adana vilayətində baş vermiş yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə düşüb.

Məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan beş nəfərin Türkiyə vətəndaşı olduğu bildirilir.

Qeyd olunur ki, xəsarət alanlardan biri 33 yaşlı Azərbaycan vətəndaşı Aygün Hüseynova olub.

Xəsarət alanların vəziyyəti normal qiymətləndirilir.

Milli.Az