“Apple Watch” saatlarında təhlükəli boşluq aşkar edilib

13 İyul 2019 08:21

"Apple Watch" saatlarında aşkar edilmiş boşluq istifadəçilərin danışığını dinləməyə imkan verir. Bu haqda şirkətin nümayəndələrinə istinadən "TechCrunch" portalı məlumat verib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən saatın sahibləri "Walkie-Talkie" mobil tətbiqi vasitəsilə səsli mesajlarla mübadilə edirlər.
 
"Biz "Apple Watch" saatlarında istifadə edilən "Walkie-Talkie" proqramında boşluq aşkar etmişik və bu problemi həll etmək üçün sözügedən funksiyanı deaktiv etmişik" - "Apple" şirkətinin nümayəndələri məlumat veriblər.
Milli.Az