“Microsoft” öz məhsulları üçün təhlükəsizlik paketi təqdim edib

13 İyul 2019 07:51

"Microsoft" şirkəti "Windows" və "Windows Server" əməliyyat sistemlərinin müxtəlif redaksiyaları, "Edge" və "Internet Explorer" brauzerləri, "Office" proqramlar paketi, "SharePoint, Exchange Server" və ".NET Framework" platformaları, SQL Server VBİS, "Visual Studio" və həmçinin başqa proqram məhsullarında boşluqları aradan qaldıran düzəliş və təhlükəsizlik paketlər dəstini təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, korporasiyanın saytında dərc edilmiş məlumatlara əsasən, "Microsoft"un mütəxəssisləri tərəfindən təxminən 80 boşluq aradan qaldırılıb.
 
Təhlükəsizlik paketlərini "Microsoft"un məhsullarına quraşdırılmış avtomatik yeniləmə vasitəsi ilə yükləmək mümkündür.
Milli.Az