“Fənərbağça”nın futbolçusu Ramil Quliyevlə oxşarlığından danışdı

12 İyul 2019 17:24

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Vedat Muriqi, azərbaycanlı atlet Ramil Quliyevlə bağlı maraqlı açıqlama verib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, 25 yaşlı kosovolu futbolçu, beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramillə oxşarlığı haqqında danışıb:

"Sosial şəbəkələrdə azarkeşlərin paylaşımlarını gördüm. Haqlıdırlar, mən də bənzədiyimizi düşünürəm. Belə böyük bir klubda bu müqəddəs formanı daşımağımız və "Fənərbağça"nın uğurları üçün tər tökməyimiz ən böyük ortaq nöqtəmizdir. Ramilə işlərində uğurlar arzu edirəm".

Milli.Az