Yasamalda 2 ha sahədə yanğın olub

12 İyul 2019 14:07

Bakı şəhərinin Yasamal rayonu ərazisində 2 ha sahədə quru ot yanıb.

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az