Körpələrə əlavə qidaya nə vaxtdan başlanılmalıdır?

12 İyul 2019 22:11

Əlavə qidaya hazırlıq əlamətləri hər uşaqda individual olaraq müxtəlif aylarda özünü göstərə bilər.

Şərti olaraq əlavə qidaya başlamaq üçün 6 ayın tamamı göstərilsə də hər uşağın xüsusi göstəricisi mövcuddur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bütün bu göstəricilər vəhdət olaraq uşaq orqanizminin əlavə bərk qida həzm etməyinə hazır olduğunu göstərir. Bundan öncə əlavə qidaya başlamaq körpə orqanizminə zərər vura bilər.

Erkən verilən qidanın təzadları bir qayda olaraq, özünü yeniyetməlik dövründə müxtəlif mədə-bağırsaq xəstəlikləri və narahatlıqları kimi büruzə verir.

Körpənin əlavə qidaya hazır olmasını göstərən əlamətlər bunlardır:

- uşağın dişləri var

- sərbəst otura bilir
 
- qidanı dili ilə itələmir

- qida tikələrini əllərində tuta bilir

- qida tikələrini ağzına qoyur.

Milli.Az