Ən yaraşıqlı həkim təyyarədə sərnişini ölümdən xilas etdi - FOTO

12 İyul 2019 13:58

30 yaşlı terapevt Mixail Varşavskiy 2016-cı ildə People dərgisinin nəticələrinə görə "Dünyanın ən yaraşıqlı həkimi" elan edilib. Gənc həkim ABŞ-da yaşayır. Yaraşıqlı doktorun İnstagram səhifəsi çox məşhurdur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ötən həftə o, Nyu-Yorkdan Təl-Əvivə uçarkən, təyyarədə bir gənci ölümdən xilas edir. 26 yaşlı Mettdə anafilaktik şok baş verir və o boğulurdu. 

Həkim özünü yetirərək, ilk yardım edir və tənəffüsü normallaşdırır. Bütün uçuş boyu da yanında oturub, nəzarət edir. Bir neçə gün sonra özünə gələn gənc həkimlə görüşərək, təşəkkürünü bildirir.

Milli.Az