Arı sancması zamanı İLK YARDIM - ZƏHƏRLƏNMƏDƏN BELƏ QORUNUN!

12 İyul 2019 22:44

Hazırda yay olduğu üçün arıların da çoxalması insanları narahat edir. Xüsusilə arı sancmasında qorxan insanlar öz bildikləri yolla qorunmağa çalışır. Arı iynəsini batırdığı anda ilk yardım hər zaman önəmlidir. Zəhərli arı iynəsi sancsa, həyat üçün təhlükəli hesab olunur. Milli.Az medicina.az-a istinadən z mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.

Mövsümün qorxulu kabusu olan arılar, demək olar, hər yerdə olur. Arı sancarkən çalışın, iynəsi dərinin içəridə uzun müddət qalmasın. Əgər iynə daxildə çox qalsa, insan üçün təhlükəli ola bilər, çünki bu halda arının zəhəri insan  bədəninə daha çox yayıla bilər. Sancılmış yerdə şiş, qızartı, qaşıntı, ya da az da olsa, ağrı müşahidə olunur. Nadir hallarda baş ağrısı, qusma, baş gicəllənməsi kimi hallar ola bilər. Əgər bu hallardan biri müşahidə olunarsa, mütləq həkimə getmək lazımdır.
 
İlkin yardım:

Arı sancmasından sonra edilməli olan ilk yardım yaraya sabun suyu və buz qoyulmasıdır. Əgər arının iynəsi dərdindədirsə, naqqaşla çəkib çıxarmağa çalışın. Nəfəs darlığı, ürək bulantısı ve zəiflik kimi hallar hiss etsəniz, mütləq həkimə müraciət edin. Arının sancdığı yeri 10-14 gün müddətində nəzarətdə saxlayın. Antibiotikə ehtiyac yoxdur. İnfeksiya olmaq ehtimalı azdır. Ancaq allergiya və ağrı üçün dərmanlar istifadə oluna bilər. Bu preparatlar iynə formasında damardan daxil edilə bilər.

Həkimlərin sözlərinə görə, arı sancmasında 2 cür reaksiya ola bilər.
 
Lokal reaksiyalar:

Sancma nəticəsində meydana gələn şişmədir. Bu vəziyət həmin nahitədə yerləşən daxili orqanlara təsir edə bilər. Amma bütün bədənə təsiri olmur. Arı sancması nəticəsində allergiya olan insanları bir daha arı sancarsa, həyatı təhlükəli ola bilər.
 
Toksik reaksiyalar:

Bu reaksiya isə birdən çox arının sancması nəticəsində baş verir. Bu hallar da digərləri kimi problemlərə səbəb ola bilər. Nəfəs darlığı olmaz, amma mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.
 
Sistemik və ya anaflaktik reaksiyalar:

Zəifdən ölümə qədər gedən reaksiyalardır. Sancmadan dərhal sonra şikayətlər hiss olunursa, deməli, problemler ola bilər. İlk əlamətləri gözlərdə qaşınma və öskürəkdir. Bu hal artarsa, nəfəs darlığı, təzyiq düşməsi, ürək tutması ola bilər. Arı sancmasından 15 gün keçdikdən sonra da hansısa reaksiyalar ola bilər. Qızdırma, halsızlıq, baş ağrısı, linfalarda şişmə və oynaqlarda ağrılar özünü göstərir.

Milli.Az