Məşhur futbolçu şərhçi oldu

12 İyul 2019 12:32

Mövsümün sonunda futbolçu karyerasını başa vuran Hollandiya yığmasının sabiq üzvü Robin van Persinin yeni iş yeri məlum olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, son olaraq "Feyenoord"un formasını geyinən sabiq hücumçu, bundan sonra şərhçi kimi çalışacaq.

İngiltərənin "BT Sport" kanalında işləyəcək van Persi, matçlardan əvvəl və sonra fikirlərini bildirəcək.

Milli.Az