Vilayət Eyvazov ilk kollegiya iclasını keçirir

12 İyul 2019 12:23

Daxili İşlər Nazirliyində hazırda kollegiya keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazir Vilayət Eyvazovun sədrliyi ilə keçirilən iclasda bu ilin 6 ayının hesabatı verilir.

Kollegiyada DİN rəhbərliyində təmsil olunan şəxslər, paytaxt polisinin rəisi, idarə və bölmə rəisləri, həmçinin rayon polis şöbələrinin rəisləri iştirak edir.

İclasda hesabat dövründə cinayətkarlıqla mübarizədə görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur.

Milli.Az