Vitamin və BAD-lar erkən ölümdən qorumur, çoxu faydasızdır - ALİMLƏR

12 İyul 2019 21:38

ABŞ-ın bir neçə nüfuzlu universitetlərinin alimlərinin apardıqları elmi araşdırmaların nəticələri Annals of İnternal Medicine dərgisində çap olunub və mütəxəssislər vitamin, antioksidant, dəbdə olan BAD-ların sağlamlığa müsbət təsiri və erkən ölümə qarşı təsirinə skeptik yanaşma sərgiləyiblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, son tədqiqatda alimlər 227 araşdırma, kliniki sınaq və 24 eksperimentin nəticələrini analiz edib. Bioloji aktiv qida əlavələriin, sintetik vitaminləri, müxtəlif pəhrizlərin və trend BAD-ların milyonlarla insana təsirini təhlil ediblər. 

Nəticə olaraq bəyan edilib ki, qlobal masştabda qəbul edilən qida əlavələri, vitaminlər - B, A, C, E, D, miltivitaminlər, dəmir, selen, antioksidantlar erkən ölümə qarşı, ürək-damar xəstəliklərinin yaranmamasına qarşı  heç bir təsir göstərmir. Eləcə də yağdan imtinanı təklif edən dietalar da insanları bu səbəblərdən ölümdən xilas edə bilməyib.

Təkcə Omeqa -3, balıq yağı və fol turşusu insult, infarktdan az da olsa qoruyur.
Kalsium ilə vitamin D birgə qəbulu insult riskini artırır. Qidada duzu azaltmaq ürək-damar səbəbindən erkən ölüm riskini azaldır, həmçinintəzyiqi normada saxlamağa kömək edir. 

Dünyada 35% insan hər gün özləri və ya həkim məsləhəti ilə müxtəlif vitaminlər, super gücə malik antioksidantlar, BAD-lar alıb qəbul edir. Hazırda bu məhsulların bazarı ildə 6% artaraq, 37 milyard dollar gəlir gətirib. 

Mütəxəssislər vitamin, maddələrin, antioksidantları təbii qidalardan əldə etməyə çağırır. Heç bir sintetik vitamin təbii vitamini əvəz edə bilməz.

Milli.Az