Toyda FACİƏ: bəy və dostları öldü, 47 yaralı - YENİLƏNİB

12 İyul 2019 13:19

13:19

Nəngərhar vilayətində toy zamanı partlayış törədilib.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, kamikadzenin üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 6 nəfər həyatını itirib, 47 yaralı var. Məlumata görə, toy mərasimi yerli xalq arasında liderliyi ilə seçilən şəxsin oğlunun olub.

İddialara görə, hücumun hədəfində bəy olub və o, hadisə zamanı həyatını itirib. Hücumu təşkil edən kamikadzenin azyaşlı olduğu güman edilir. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. "Taliban" hadisənin qruplaşma ilə bağlantısı olmadığını irəli sürüb.

----------
11:55

Əfqanıstanın şərqində Nanqarxar vilayətində toy mərasimində partlayış olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insident nəticəsində 5 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

Vilayət qubernatorunun köməkçisi Ataulla Xoqayani faktı təsdiqləyib. Partlayışın törədilməsi və ya bədbəxt hadisə nəticəsində baş verməsi barədə isə məlumat verilməyib.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə "Taliban" radikal hərəkatının silahlıları arasında toqquşma uzun müddətdir davam edir və bu, ölkədə fəsadlara yol açır.

Milli.Az