Natəvan Həbibi məqsədini açıqladı

12 Aprel 2010 16:12
Onun Milli.Az xəbər portalına bildirdiyinə görə, adını qonşu ölkənin şou-biznesində tanıtmazdan əvvəl Azərbaycan musiqisini təbliğ etmək niyyətindədir:

"Azərbaycana konsert məqədi ilə çox ölkələrdən musiqiçilər gəlir. Oxuyur və qonorarını alıb gedirlər. Amma eyni marağı başqa ölkələrdə azərbaycanlı musiqiçilərə göstərən yoxdur. Niyə bizim istedadlı musiqiçilərimiz dünya səhnələrinə çıxa bilmirlər? Çünki bizim estradanı tanıyan yoxdur. Bunun üçün əvvəlcə irsimizi, özümüzü onlara tanıtmalıyıq".

Natəvanın əlavəsinə görə, tezliklə onun Rusiya şou-biznesində bir sıra çıxışları planlaşdırılır. Müğənni qonşu ölkədə özünü şərəflə azərbaycanlı musiqiçi kimi təqdim edəcəyini bildirdi.

"Dəvət aldığım bütün televiziya kanalları, mətbuat orqanlarına çıxışlarımda Azərbaycanın adını önə çəkəcəm" - deyən müğənni bildirdi ki, artıq onu Rusiya ilə yanaşı Almaniya, Hollandiyada da tanıyanlar var.

Xədicə
Milli.Az