MMA döyüşçüsü rəqibini balta ilə yaraladı - VİDEO

12 İyul 2019 09:53

Qarışıq idman növləri üzrə (MMA) rusiyalı idmançı Maksim Novosölov sparrinq-partnyoru Andrey Knyazevi məşq zamanı balta ilə yaralayıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, həmin anın videosunu "Daily Mail" nəşri yayımlayıb.  

Belə ki, Knyazevlə döyüşən Novosölov onun qalxanını sındıraraq sağ qoluna xəsarət yetirib. Nəticədə Knyazevin yarasından qan açılıb.

"Biz qeyri-adi bir şey etmək istəyirdik, amma alınmadı. Mən xəstəxanaya düşdüm. Burada əlimə iki tikiş qoydular. Baş verənlərdən sonra məndə yara izi qaldı", - Knyazev danışıb.

Məlumat üçün bildirək ki, M. Novosölov MMA-da 11 döyüş keçirib. Onlardan səkkizi döyüşçünün qalibiyyəti, ikisi məğlubiyyəti, biri isə heç-heçə ilə bitib.

Milli.Az