Tanınmış müğənni kafedə cinsi əlaqədə olub? - Türkiyədə qalmaqal

12 İyul 2019 09:15

Türkiyənin tanınmış müğənnisi Hülya Avşarın bacısı müğənni Helin Avşar haqqında gəzən dedi-qodu yenidən gündəm olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, dedi-qodunu yenə də stilist Berna Arıcı gündəmə gətirib.

O, verilişlərin birində bildirib ki, kafedə olarkən Helin Avşarın kafenin tualetində sekslə məşğul olduğunu görüb.

Belə ki, həmin hadisəyə Berna Arıcı ilə birlikdə keçmiş rəqqasə və aktrisa Sibel Gökçe də şahidlik edib.

Onların sözlərinə görə, müğənni kafenın tualetində bir kişi ilə cinsi əlaqədə olub. Onların səsi kafedə aydın eşidilirmiş.

Helin Avşar isə belə bir hadisənin olmadığını bildirib. O, deyilənlərin şər olduğunu vurğulayıb. Helin Avşar ona şər atanları məhkəməyə verəcəyini deyib.

Milli.Az