Bakıda pedofil həbs edildi

12 İyul 2019 08:42

Bakı şəhərində azyaşlı qızlara qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ictimai yerlərdə azyaşlı qızlara qarşı əxlaqsız seksual hərəkətlər edən 1961-ci il təvəllüdlü Nuşirəvan Məhərrəmov Xətai rayonunda ələ keçib. 

Xətai polisi onu saxlayandan sonra N.Məhərrəmovun daha bir neçə rayonda eyni hərəkətləri etdiyi məlum olub.

Araşdırma aparılır.

Milli.Az