Braziliya prezidenti öz oğlunu ölkənin ABŞ-dakı səfiri təyin etmək istəyir

12 İyul 2019 08:19

Braziliya prezidenti Jair Bolsonaru öz oğlu Uduardu Bolsonarunu ölkəsinin ABŞ-dakı səfiri təyin etmək istəyir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu J.Bolsonaru jurnalistlərə açıqlamasında deyib.

Braziliya lideri bildirib: "Bu məsələyə baxılır, mən bunu istisna etmirəm. O, [ABŞ prezidenti Donald] Trampın uşaqları ilə dostluq edir, ingilis və ispan dillərini bilir, xaricdə həyat təcrübəsinə malikdir. Mənim fikrimcə, o bu vəzifəyə çox uyğun gəlir və Vaşinqtonda [iş ilə] çox yaxşı bacarar".

E.Bolsonaru "GloboNews" telekanalına müsahibəsi zamanı bildirib ki, prezidentin ona tapşıracağı hər missiyanı yerinə yetirməyə hazırdır.

Milli.Az