Rusiyada avtobus yük maşınına çırpılıb, çox sayda yaralı var

12 İyul 2019 08:07

Rusiyanın Krasnodar şəhərində sərnişin avtobusu yük maşınına çırpılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 12 nəfər xəsarət alıb. Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib.

Xəsarət alanlar müayinə və müalicə üçün Krasnodarın xəstəxanasına çatdırılıblar.

Milli.Az