Türkiyə HHQ İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib

12 İyul 2019 07:55

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Avaşin-Basyan və Metina rayonlarında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib.

Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Milli.Az