“Bir-birimizi aldatmayaq” - Ağabala Ramazanov

11 İyul 2019 22:23

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Səbail" - "Universitatya Krayova" matçı rumınların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, oyundan sonra açıqlama verən bakılıların hər iki qolunun müəllifi Ağabala Ramazanov məğlubiyyəti şərh edib:

"Vurduğum qollara görə sevinirəm. Hesaba gəlincə, üzülürəm. Evdə 3 top buraxmaq çətindir. Belə komanda ilə gərgin olacaq. Əlimizi-qolumuzu sallayaraq səfərə yollanmayacağıq. Mübarizə aparacağıq. Bir-birimizi aldatmayaq. Çox güclü rəqibdir. Büdcələri belə bunu görməyə kifayət edər"

Milli.Az