"Barselona"da 16 yaşlı hücumçu

11 İyul 2019 21:33

"Barselona" "Vest Bromviç"in 16 yaşlı hücumçu Lui Berrini transfer edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərənin U-17 millisinin üzvü "Barselona"nın akademiyasında (La Masia) futbola davam edəcək.

Qeyd edək ki, L.Berri ötən mövsüm İngiltərə klubunun gənclər komandasında 13 matçda 4 qol vurub.

Milli.Az