"Qarabağ" - "Partizani" oyununun biletləri satışda

11 İyul 2019 21:31

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin "Partizani" ilə cavab oyununun biletlərini satışa çıxarıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, azarkeşlər bu gündən etibarən biletləri əldə edə bilərlər. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletləri aşağıdakı satış məntəqələrindən almaq olar:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu yerli vaxtla 21:00-da başlayacaq. Albaniyadakı ilk matçda hesab açılmayıb.

Milli.Az