Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi

11 İyul 2019 19:58

Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı övladı ölən qadın intihar edib.

Milli.Az bildirir ki, bu barədə oxu.az-a qəza nəticəsində ölənlərin yaxınları məlumat verib.

Belə ki, hadisə zamanı ölən 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlunun anası intihar edərək həyatına son qoyub.

Ananın oğlu ilə yanaşı qızı da həmin avtobusda olub və yaralanıb. Ananın özünü yaralanan qızı - 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada öldürdüyü bildirilir.

Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Milli.Az