Azərbaycanın Almaniyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır

11 İyul 2019 18:22

Prezident İlham Əliyev Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

Milli.Az