Dünyada «Tu-154» qadağası

12 Aprel 2010 16:02
Milli.Az "Exo Moskvı" radiosuna istinadən xəbər verir ki, Bolqarıstan prezidenti Georgi Pırvanov polşalı həmkarının ölümü ilə bağlı araşdırma son çatanadək "Tu-154"ün xidmətindən istifadə etməyəcək. Bolqarıstan Nəqliyyat Nazirliyi isə prezidentin "Tu-154" təyyarəsinin satılması haqda düşünür. Bolqarıstanda hələlik, ümumiyyətlə, "Tu-154" təyyarəsilə reyslərin hamısı ləğv olunub.

İsrail də eyni addımı atmaq fikrindədir. Ölkə parlamentariləri İsraildə "Tu-154" təyyarələrindən istifadəni qanunla qadağan etmək təşəbbüsü irəli sürüblər.

Milli.Az