Hacıqabulda ağır qəza: piyada öldü

11 İyul 2019 17:24

Hacıqabul rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyulun 10-da saat 4 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Cavanşir Qəmbərov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az