Sürücü “Mercedes”i aşırdı, yeniyetmə qohumu öldü, anası yaralandı

11 İyul 2019 18:29

Bu gün günorta saatlarında Neftçala rayonunun Kürqarabucaq kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şirvan bürosunun məlumatına görə, hələlik şəxsiyyəti müəyyən olunmamış sürücünün idarə etdiyi, dövlət nömrə nişanı 10-XR-605 olan "Mercedes-C" markalı minik maşını sərt döngədə idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində 16 yaşlı sərnişin qəza yerində dünyasını dəyişib. Avtomaşında olan 2 nəfər sərnişin isə xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, 2003-cü ildə anadan olmuş Toğrul İlham oğlu Fərəcov Salyan rayonundakı dayanacaqda oturub Neftçala rayonunun Aşağı Qaraimanlı kəndindəki evlərinə getmək üçün avtobus gözləyirmiş . Bu vaxt qohumları, eyni kəndə qayıdan "Mercedes-C"nin sürücüsü, 35 yaşlı Röyal Təvəkkül oğlu Fərəcov onu görərək öz maşınına mindirib. Qəza baş verən zaman Toğrul hadisə yerində dünyasını dəyişib.

Sürücünün anası, Neftçala rayonunun Aşağı Qaramanlı kənd sakini, 62 yaşlı Qızqayıt Yusif qızı Fərəcova isə yuxarı ətrafın sınığı diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araıdşrma aparılır.

Milli.Az