Ərindən ayrılan azərbaycanlı məşhur EFİRDƏ ORİENTAL OYNADI - FOTO

11 İyul 2019 15:45

İkinci ərindən də ayrılan Sevda Sanəliyeva "5/5"də qonaq olub.

Milli.Az xəbər verir ki, müğənni ifası zamanı köhnə sənəti - oriental bacarığının hələ itmədiyini tamaşaçılara təqdim edib.

Zaur Kamal Sevdanın rəqsinə "Oxuyursan, qəmli mahnıdır. Amma oynayırsan da. Daha sənə deyəcəm rəqs et. Qabaqlar qorxurdun ondan (İkinci həyat yoldaşı Cəmildən)" ifadələri ilə reaksiya verib.

Sevda Zaurun sözlərinə "Qorxduğuma görə yox. Tolikin də verilişində istəyirdim rəqs edim, içimdən gəlmir e. İstəyirəm oynayım" cavabını verib.

Qeyd edək ki, Sevdanın birinci nikahdan oğlu, Cəmillə ailəsindən bir qız övladı var.

Məhəmməd Vaqif
Milli.Az