Rusiyada İES-də güclü yanğın: xəsarət alanlar var

11 İyul 2019 15:14

Rusiyanın Moskva vilayətində istilik elektrik stansiyasında (İES) güclü yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Severnaya" İES-dəki yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

Qeyd olunur ki, stansiyada baş vermiş yanğın yaxınlıqdakı yaşayış zonasına təhlükə törətmir.

Hazırda yanğının söndürülməsi istiqamətində iş davam edir.

Yanğının hansı səbəbdən başlamsı hələ bildirilmir.

Milli.Az