Üçüncü dəfə titrəmə tutan Merkeldən açıqlama

11 İyul 2019 13:28

Almaniya kansleri Anqela Merkel vəziyyəti ilə bağlı açıqlama verib.

Milli.Az İHA-ya istinadla xəbər verir ki, 3 həftə ərzində 3 dəfə titrəmə tutan Anqela Merkel insanları sağlamlığı ilə bağlı narahat olmamağa çağırıb.

Berlində Finlandiyanın Baş naziri Antti Rinne ilə rəsmi görüş zamanı titrəməyə başlayan kansler açıqlamasında söyləyib:

"Mənim üçün narahat olmağa ehtiyac yoxdur. Yaxşıyam və vəzifəmin öhdəsindən gələcəyimə əminəm".

Bəxtiyar Umarlı
Milli.Az