İngilis dili müəllimi olmaq istəyənlər imtahan verirlər

11 İyul 2019 12:13

İyulun 11-də ingilis dili fənnindən müəllimlərin işə qəbulu üzrə test imtahanları keçirilir. İmtahanda 3280 namizədin iştirakı gözlənilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ingilis dili üzrə imtahanlar iyulun 12-də də davam edəcək.

Qeyd edək ki, iyulun 10-da informatika və rus dili fənləri üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında iki yüksək nəticə göstərilib. Belə ki, namizədlərdən ən yüksək nəticəni informatika fənni üzrə Gülbəniz Israfilova (57 bal), rus dili fənni üzrə Həyat Əliyeva (55 bal) əldə edib.

İmtahanlar iyulun 24-dək davam edəcək.

Milli.Az