2 nəfər zəhərlənib öldü - Saxta spirtli içkidən

11 İyul 2019 11:28

Türkiyənin Adana vilayətində saxta spirtli içkidən zəhərlənmə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, zəhərlənən 3 nəfərdən 2-i dünyasını dəyişib.

Xəstəxanaya yerləşdirilən üçüncü şəxsin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, ötən həftə Mersin vilayətində saxta spirtli içkidən 16 nəfər zəhərlənmişdi, onlardan 10-nu dünyasını dəyişib.

Milli.Az