Ağcabədi sakinindən 10 kq-dan artıq marixuana götürülüb

10 İyul 2019 17:32

Ağcabədi sakinindən 10 kq-dan artıq marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə. RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş M.Rüstəmovdan heroin, yaşadığı evdən 10,5 kiloqram marixuana, habelə həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Milli.Az