Səfir Trampın atmacalarına dözmədi, istefa verdi

10 İyul 2019 17:27

Böyük Britaniyanın Vaşinqtondakı səfiri Kim Darrok istefa verdiyini açıqlayıb.

Milli.Az axar.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

Xatırladaq ki, İngiltərənin Vaşinqtondakı səfiri Kim Darrok ABŞ Prezidenti ilə bağlı hazırladığı hesabatda Donald Trampı "bacarıqsız" və "utancverici" adlandırıb. Bundan sonra ABŞ Prezidentinin səfirə təzyiqləri başlayıb. Tramp müxtəlif çıxışları zamanı səfirlə çalışmaq istəmədiyini söyləyib, onun haqqında "axmaq" və "özündənrazı" ifadələrini səsləndirib.

Milli.Az