Gürcüstanın yeni təyin edilmiş baş konsulu Bakıdadır

10 İyul 2019 16:58

Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Gürcüstanın yeni təyin edilmiş baş konsulu Nikoloz İaşvilini qəbul edib.

Nazirliyin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı Nikoloz İaşvili baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə baş konsul Nikoloz İaşviliyə gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Milli.Az