Yerevan işıqsız qalıb

10 İyul 2019 13:56

Ermənistanın paytaxtı Yerevanın böyük hissəsi işıqsız qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisənin səbəbləri bilinmir.

Hazırda ölkənin Fövqəladə Hallar Nazirliyi fəsadların aradan qaldırılması üçün iş aparır.

Yerevan metrosunda insanların təxliyə olunduğu qeyd edilir. Şəhər ərazisində telefon və internet rabitəsinin fasilələrlə işlədiyi bildirilir.

Milli.Az