Tbilisidə qumbara partladı: yaralananlar var

10 İyul 2019 12:06

Tbilisinin cənub-şərqindəki binalardan birində partlayış olub.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat verib.

İyulun 10-u gecə saatlarında baş verən qumbara partlayışı zamanı 3 nəfər yaralanıb. Onlar hazırda xəstəxanada müalicə alır.

Polis qumbara atan şəxsin axtarışlarını davam etdirir.

Milli.Az