İranda "Bitcoin" qadağan edildi

10 İyul 2019 12:44

İran "Bitcoin" ilə aparılan əməliyyatları qadağan edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, İran Mərkəzi Bankının sədr müavini Nasir Hakimi "Bitcoin"in qiymət dəyişikliyi çox yüksək olduğu üçün hüquqi risklər daşıdığını söyləyib.

O, bu səbəbdən vətəndaşların bu "oyuna" girməməsini tövsiyə edib. Hakimi "Bitcoin" istehsalının isə hələ qadağan olunmadığını sözlərinə əlavə edib.
Malların və xarici valyutanın qaçaqmalçılığına qarşı mübarizə idarəsinin rəhbəri Əli Mueyyidi isə qərara əməl etməyənlərin ciddi cəzalar ilə qarşı-qarşıya qalacaqlarını deyib.

Qeyd edək ki, ABŞ-ın sanksiyaları səbəbindən beynəlxalq ticarətlə bağlı böyük problemlərin hökm sürdüyü İranda "Bitcoin"lə edilən əməliyyatlarda artım qeydə alınıb.

Milli.Az