Azərbaycanlı Rusiyada qəza törətdi: ölən və yaralananlar var

10 İyul 2019 11:13

Rusiyanın Ryazan şəhərində "Lexus" və "KIA Rio" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər ağır xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyulun 7-də şəhərin Sitnikovsk küçəsində qeydə alınıb.

İnsident nəticəsində "Kia Rio"nun 36 yaşlı qadın sürücüsü, Ryazan şəhər sakini hadisə yerindəcə ölüb.

"Lexus"un sürücüsü, eləcə də onun 31, 23 və 6 yaşlı sərnişinləri yaralanaraq xəstəxanaya yerləşdiriliblər.

Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin məlumatına görə, qəzanı Mixaylov şossesi istiqamətində hərəkət edən  "Lexus" markalı avtomobilin sürücüsü, 25 yaşlı azərbaycanlı törədib. Belə ki, o, önündə gedən avtomobilin qarşısına keçmək istəyib, bu zaman digər avtomobillə toqquşub.

Sözügedən şəxs sürücülük hüququndan məhrum edilib. Ona qarşı cinayət işi açılıb, həmçinin barəsində inzibati həbs qərarı verilib.

Milli.Az