Azərbaycanlı aktrisa Almaniyada azdı - FOTO

9 İyul 2019 23:47

Aktrisa Zarina Qurbanova rol aldığı "Könül yarası" serialı final edəndən sonra tətilə yollanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  əvvəlcə Latviyaya gedən sənətçi daha sonra yolunu Almaniyadan salıb. Lakin o, getdiyi ilk gün şəhərdə azıb.

Zarina bu barədə İnstaqramında yazıb:

"Səyahətin ən sevdiyim hissəsi azıb yolun ortasında qalmaqdır. Həyəcanla ora-bura qaçırsan, özünü məcbur edib ingilis dilində bülbül kimi cəh-cəh vurursan. Bundan gözəl nə ola bilər ki? Ömrünün axırına kimi xatırlanacaq gözəl anlar. Qısası, iki saatdır  aeroportdan Berlinə gedəbiləcəymiz qatarı axtardıq və nəhayət tapıb, otelimizə gəlib çıxdıq. Sabah burakarı fəth edəcəyik".

Milli.Az