Ali Sunal Bakıya gəlib - FOTO

9 İyul 2019 23:44

Bir neçə türkiyəli aktyor Bakıya gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onların sırasında Kemal Sunalın oğlu Ali Sunal, Gürgen Öz və digər sənətçilər var.

Onlarıb paytaxtımıza gəliş səbəbi isə "Hareketsekiz" adlı filmin çəkilişləridir.

Belə ki, Türkiyə-Azərbaycan ortaq istehsalı olan ekran işində Pərvin Abıyeva, Elcan Rəsulov və İslam Mehrəliyev kimi aktyorlarımız yer alır.

Filmin bir hissəsi Bakıda çəkilir.

Milli.Az