Tbilisidə 20-ci aksiya - "Nazir istefa versin!"

9 İyul 2019 22:34

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti aksiya keçirilir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, sayca 20-ci olan aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Bugünkü aksiyada az kütləvilik müşahidə olunur.

Təşkilatçılar tələbləri yerinə yetirilməyənə qədər dinc aksiyaları davam etdirəcəklərini bildiriblər.

Milli.Az