Maşın bazarında qiymətlər dəyişdi - VİDEO

9 İyul 2019 19:30

Azərbaycanda avtomobil bazarındakı durğunluq davam edir.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında qiymətlərin artmı müşahidə olunur.

Bahalaşmaya səbəb kimi satıcılar alıcı qıtlığını əsas göstərirlər, alıcılar isə buna səbəb kimi bazarda təklifin azaldığını deyirlər.

Bazarda ən çox tələb isə mühərriyi kiçik, istehsal ili yeni və kondisionerli avtomobillərədir. Amma həm alış, həm də ehtiyat hissəsi qiymətləri ucuz olduğuna görə Almaniya istehsalı olan avtomobillərə də tələb var.

Satıcılar ötən illərə nisbətən bu il Azərbaycana gətirilən komfortlu avtomobillərin sayında kəskin azalmanın müşahidə olunduğunu bildiriblər. Onlar buna səbəb kimi 2018-ci il yanvarın 1-dən aksiz vergisinin 80 faiz artırılmasının, 2019-cu il yanvarın 1-dən isə aksiz vergisinin 50 faiz artırılmasını əsas göstərirlər. Bu isə iri mühərrikli avtomobillərin satışına ciddi təsir edib. Kiçik mühərrikli avtomobillərə, dizel maşınlara tələbatı artırıb ki, bu da həmin avtomobillərdə qiyməti bahalaşdırıb.

Satıcılar yerli istehsalın hələlik bazarda tələbatın 5 faizini ödəmədiyini deyərək, aksiz vergisinin artırılmasının daxili istehsala dəstək ola bilmədiyini, əksinə bazarda təklifin azalması nəticəsində büdcəyə daxilolmaların azaldığını vurğulayıblar.
Satıcılar üzü payıza doğru avtomobil bazarında canlanmanın olacağına ümid edirlər. Bu isə həm də qiymətlərin artımına səbəb ola bilər.

Avtomobil bazarından hazırladığımız videoreportajı təqdim edirik:

Milli.Az