"Dəmir Yolları" QSC-nin mətbuat katibi tutduğu vəzifədən getdi

9 İyul 2019 13:59

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova tutduğu vəzifədən ayrılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə QSC-nin mətbuat şöbəsindən məlumat veriblər.

Bildirilib ki, 4 ildir adıçəkilən vəzifədə çalışan S.Qədirova fəaliyyətini bundan sonra Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcək.

Milli.Az